Saçların sağlamlığını qorumaq və uzanmasını dəstəkləmək üçün müntəzəm qulluq çox vacibdir. Saç tipinizə uyğun şampun istifadə etmək, həddindən artıq istidən qaçınmaq və tez-tez boyamamaq ilk addımlar arasındadır.
Baş dərisini canlandırmaq əhəmiyyətlidir
Saçların uzanmasında baş dərisinin sağlamlığı həlledici rol oynayır. Həftədə 1-2 dəfə edilən baş dərisi masajı qan dövranını artırır və köklərin daha yaxşı qidalanmasını təmin edir. Təbii yağlarla (məsələn, kokos yağı, arqan yağı) masajlar saç tellərini gücləndirə bilər.
Yemək vərdişlərinizi nəzərdən keçirin
Protein, sink, biotin və omeqa-3 kimi saç üçün faydalı vitamin və mineralların çatışmazlığı saçların uzanmasını ləngidə bilər. Buna görə də saç sağlamlığı üçün balanslaşdırılmış qidalanma və lazım gələrsə əlavələr qəbul etmək tövsiyə olunur.
İstilik və kmyəvi tətbiqlərdə diqqətli olun
Saç düzləşdirici və ya buruq ütülərdən tez-tez istifadə saç tellərini zəiflədə bilər. Bundan əlavə, boya və işıqlandırıcı kimi kimyəvi maddələrə davamlı olaraq məruz qalan saçların uzanma sürəti yavaşlaya bilər. Mümkün qədər saçın dincəlməsinə imkan vermək lazımdır.
Saç ucları
Qırılmış uclar saçların daha zəif görünməsinə və qoparaq uzanmasına səbəb olur. Saçlarınızı 2-3 ayda bir kəsdirmək sağlam böyüməyə kömək edəcək..
Aygün
Medicina.az