Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha iki tələbə qidadan zəhərləndi - BAKIDA

  • 2019.11.30 09:20
  • 4625 Baxış
Daha iki tələbə qidadan zəhərləndi -  BAKIDA
Bakının Nizami rayonunda "NZS" adlanan ərazidə iki nəfər qidadan zəhərlənib.



Medicina.az xəbər verir ki,  Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:


"Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir".

 

Qeyd edək ki, tələbələrin kimliyi məlum lub. Onlar 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğludur.