Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha iki azərbaycanlıda koronavirus aşkarlandı

  • 2020.03.09 23:27
  • 3722 Baxış
Daha iki azərbaycanlıda koronavirus aşkarlandı
İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Medicina.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahından məlumat verilib.


Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.