Afrikada ölümə səbəb olan "Lassa" adlı xəstəlik yayılıb.
Heyvanlardan insanlara keçən həmin xəstəlik səbəbindən Nigeriyada 176 nəfər dünyasını dəyişib.
Son məlumatlara görə, Nigeriyada hazırda 936 nəfər "Lassa" xəstəliyinə yoluxub.
Qeyd edək ki, insanların hərarətinin qəfil yüksəlməsinə və ölümə səbəb olan bu xəstəlik ilk dəfə 1969-cu ildə ortaya çıxıb və hazırda Nigeriyanın 29 əyalətində yayılmış vəziyyətdədir.
Tibb işçiləri insanlara təmizliyə riayət etmələrini, siçan və bənzəri heyvanlardan uzaq durmalarını tövsiyə edib.