Xanəndə Xasməmməd Hacıyev vəfat edib.
Medicina.az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında muğam ifaçısının yaxını məlumat verib. Bildirilib ki, ifaçı koronavirus infeksiyasından dünyasını dəyişib:
"Xəstəxanaya yerləşdirilmişdi. Müalicə alsa da, onu xilas etmək mümkün olmayıb. O, bir neçə həftə əvvəl vəfat edib".
Qeyd edək ki, X.Hacıyev 1949-cu il sentyabrın 15-də Beyləqanda anadan olub. O, mərhum Əməkdar artist Məhəbbət Kazımovla oxuduğu mahnılarla tanınıb.