Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin müdiri Namiq Nağıyev koronavirusdan vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Məlumata görə, o, bu gün COVID-19-dan dünyasını dəyişib.
Qeyd edək ki, N.Nağıyev ötən ilin sonunda təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə təyin olunmuşdu. O, bundan əvvəl Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı.