Bakıda naməlum kişi meyiti tapılıb.
Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.
Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.