Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir şəhid anası əkiz uşaq dünyaya gətirdi

  • 2023.09.27 14:40
  • 1668 Baxış
Daha bir şəhid anası əkiz uşaq dünyaya gətirdi

Şəmkir rayonunun Yeniabad kənd sakini 1970-ci il təvəllüdlü Məmmədova Faya Səfər qızı Şəmkir Rayon Mərkəzi Xəstəxanasında bir oğlan bir qız övladı olmaqla qeysəriyyə əməliyyatı ilə əkizlər dünyaya gətirib.

"Medicina" xəbər verir ki, 2 oğlunu müharibədə şəhid verən ana və uşaqların vəziyyəti qənaətbəxşdir.

Yeniabad həkim məntəqəsinin mama və tibb bacıları Faya Məmmədovanı evində ziyarət edərək ona və yeni doğulmuş körpələrə baxış keçiriblər.

Faya Məmmədovanın 2 oğlu (Məmmədov Çingiz İlham oğlu və Məmmədov Cavid İlham oğlu) 44 günlük Vətən müharibəsində şəhid olub.

Aygün Musayeva