Ötən günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu asimptomatik keçirən insanların digərlərini yoluxdurmadığını açıqlamışdı.
Medicina.az xəbər verir ki, ABŞ-ın Harvard Universiteti tərəfindən edilən açıqlamada bu fikrin yalnış olduğu bildirilib. Universitetin alimləri ÜST-ü "cəmiyyəti yalnış yönləndirmək"lə ittiham edib.
Bu mübahisələrdən sonra ÜST sözü gedən açıqlamasını geri çəkib.
Koronavirusun heç bir simptomunu göstərməyən insanların da başqalarını yoluxdurmaq ehtimalları olduğu bildirilib.