Daha bir qazi 24 yaşlı Orxan Quliyev dünən axşam saatlarında vəfat edib.
"Medicina" xəbər verir ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib.
Müharibədən sonra isə ayağındakı şiş səbəbi ilə yatağa məhkum olub.
O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib.
Allah rəhmət eləsin!