Avstraliyada koronavirusun “Omikron” ştamından ilk ölüm qeydə alınıb.
Bu barədə Yeni Cənubi Uelsun Səhiyyə Departamentinin “Twitter” hesabında məlumat verilib.
Qeyd olunur ki, iki doza koronavirus peyvəndi vurulan yaşlı kişi xəstəxanada həyatını itirib.
Xəstənin səhhətində problemlər olduğu bildirilir.
Dekabrın 2-də avstraliyalı alim və həkimlər qeyd ediblər ki, indiyədək ölkədə koronavirusun “Omikron” ştammı ilə yoluxanlar arasında xəstəliyin ağır halları qeydə alınmayıb. Bu onu göstərir ki, sözügedən infeksiya digər növlərdən daha təhlükəli hesab edilməməlidir. Lakin “Omikron” ştammının təhlükələrinə dair sübutların olmaması onun tamamilə zərərsiz olması demək deyil.