Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ölkədə Omikrona yoluxma qeydə alındı

  • 2021.12.11 17:27
  • 2063 Baxış
Daha bir ölkədə  Omikrona yoluxma qeydə alındı

Bəhreyndə dekabrın 11-də ilk dəfə “Omikron” ştamına yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ştam krallığa xarici ölkədən gələn şəxsdə aşkar edilib. Sağlamlıqla bağlı ona qarşı uyğun tədbirlər həyata keçirilib.

Xatırladaq ki, əhalisi 1,7 milyon nəfər olan Bəhreyndə 311 aktiv COVID-19 xəstəsi var. Ümumilikdə krallıq üzrə 276 292 nəfər virusdan sağalıb, 1 394 nəfər isə koronavirusun qurbanı olub.