Braziliyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı təsdiq edilib.
Medicina.az xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
Məlumata əsasən, meymunçiçəyinə yoluxan şəxs 41 yaşlı San-Paulu sakinidir.
Bildirilir ki, sözügedən şəxs bir gün öncə İspaniyadan Brazilyaya qayıdıb. O, hazırda Emilio Ribas adına Yoluxucu Xəstəliklər İnstitutunda karantindədir.
Regional səhiyyə idarəsindən bildirilib ki, sözügedən şəxsdə ilk əlamətlər - qızdırma və əzələ ağrıları mayın 28-də qeydə alınıb.