Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti noyabrın 7-dən etibarən koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş bütün məhdudiyyətləri ləğv etmək qərarına gəlib.
Medicina.az xarici KİV-lərə istinadən xəbər verir ki, tibb müəssisələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mərkəzlər istisna olmaqla, bütün açıq və qapalı müəssisələrdə, o cümlədən ibadət yerlərində, məscidlərdə maskaların taxılması qaydası ləğv edilir.