Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması istisna olmaqla, koronavirusun yayılmasının qarşısını almaq üçün bütün məhdudiyyətləri və ehtiyat tədbirlərini ləğv edib.
Medicina.az xəbər verir ki, bu barədə hökumətin kommunikasiya idarəsinin tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Nazirlər Şurası bütün vətəndaşların, sakinlərin və ölkəyə gələnlərin tibb müəssisələrində maska taxması tələbi istisna olmaqla, COVID-19 ilə bağlı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib”, - sənəddə deyilir.