Fransada son sutka ərzində daha 9 nəfər koronavirusdan dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 29 407-yə çatıb. Koronavirusa yoluxanların ümumi sayı 157 220 nəfərdir. Son sutkada 407 yeni yoluxma qeydə alınıb.
Qeyd edək ki, son günlər Fransada gündəlik yoluxma və ölüm sayında xeyli azalma müşahidə edilir.