Latviya hökuməti ölkədə fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Medicina.az xəbər verir ki, bu addım koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Fövqəladə vəziyyət rejimi bu gündən başlayaraq aprelin 14-nə kimi davam edəcək.
Qeyd edək ki, Latviyada 16 nəfərdə koronavirus aşkar edilib. 200 nəfər isə koronavirus şübhəsi ilə karantindədir.