Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ölkədə difteriya yayılır

  • 2023.10.20 15:25
  • 1762 Baxış
Daha bir ölkədə difteriya yayılır

Afrikada Nigeriya ölkəsində difteriya artıq epidemiya şəklini alıb.


"Medicina" xəbər verir ki, yoluxanların sayı 10 minə çatır, bu isə kritik həddir.

NCDC direktoru İfedayo Adetifa təsdiq edilən yoluxma hallarının 71,5 faizinin 1-14 yaşlı uşaqlar arasında qeydə alındığını, körpələrdə isə bu nisbətin bir faizdən az olduğunu bildirib.

Ölkənin səhiyyə və sosial təminat naziri Məhəmməd Pate nəzərə çatdırıb ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.


Qeyd edək ki, difteriya “Corynebacterium diphtheriae” adlı mikroorqanizmin boğaz, burun, göz və dəriyə yerləşməsi ilə ortaya çıxır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilər.

Azərbaycanda bu xəstəlik 20 il əvvələ kimi aktiv idi, uşaqların peyvəndlənməsi sayəsində yoxa çıxıb.

Aygün Musayeva