Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ölkədə COVID-19 pasportu olmayanlar işdən çıxarılacaq

  • 2021.09.17 10:19
  • 1595 Baxış
Daha bir ölkədə COVID-19 pasportu olmayanlar  işdən çıxarılacaq
İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər.

Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür.

Beləliklə, oktyabrın 15-dən sonra COVID-19 pasportu olmayan şəxslər işdən kənarlaşdırılacaq. Pasportun mövcudluğuna işəgötürən nəzarət etməlidir.

İtaliya hökumətinin məlumatına görə, bu tədbirlər ölkənin 23 milyon əhalisinə təsir edəcək. Hazırda 12 yaşdan yuxarı italyanların, təxminən, 75 faizi vaksinasiyadan keçib.