Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ölkədə 12 yaşdan yuxarı uşaqlar vaksinasiya olunacaq

  • 2021.06.12 10:56
  • 1118 Baxış
Daha bir ölkədə 12 yaşdan yuxarı uşaqlar vaksinasiya olunacaq
Braziliyada yaşı 12 və daha yuxarı olanlara ABŞ-ın “Pfizer” şirkətinin peyvəndinin vurulmasına icazə verilib.

Medicina.az xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə ölkənin Milli Sanitar Təftiş Agentliyi (Anvisa) məlumat verib.

Qeyd olunur ki, “Pfizer” Braziliyada daimi qeydiyyatdan keçən ilk peyvənddir.

May ayında ABŞ və Aİ də bu preparatın 12 və daha yuxarı yaşdakı yeniyetmələrin vaksinasiyası üçün istifadəsini təsdiqləyib.