Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ölkə sərt karantin rejiminə keçdi

  • 2021.03.09 10:06
  • 1365 Baxış
Daha bir ölkə sərt karantin rejiminə keçdi

Estoniya hökuməti koronavirusun Böyük Britaniyada aşkarlanan ştammının yayılması ilə əlaqədar martın 11-dən bir ay müddətinə sərt karantin tətbiq edir.

Medicina.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib.

K.Kallas bildirib: "Biz mümkün olduğu qədər ölkəni bağlamağa qərar verdik".

Qeyd edək ki, son məlumatlara əsasən Estoniyada 76 183 nəfər koronavirusa yoluxub, 667 nəfər isə koronavirusdan ölüb.