Daha bir ölkə koronavirusla bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır.
Medicina.az modern.az-a istinadən xəbər verir ki, sabahdan Böyük Britaniyada koronavirusla bağlı bəzi qadağalar yüngülləşdiriləcək.
Baş Nazir Boris Conson xalqa videomüraciətində bildirib ki, evindən işləyə bilməyən iş qrupundaki şəxslər, məsələn tikinti və ya istehsalat kimi sahədə çalışan insanların işə getməsinə icazə veriləcək.
Boris Conson qeyd edib ki, insanlar sosial distansiya məsafəsini qoruyaraq gün ərzində istədikləri qədər idmanla məşğul ola biləcəklər.