Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ölkə koronavirus peyvəndlərini hazırlamağa başladı

  • 2020.09.08 09:09
  • 4177 Baxış
Daha bir ölkə koronavirus peyvəndlərini hazırlamağa  başladı

Çinin iki şirkəti – “Sinovac Biotech” və “Sinopharm” koronavirus peyvəndlərini hazırlamağa başlayıblar.

Medicina.az xəbər verir ki, bu barədə “Daily Express” bildirib.

Məlumata görə, peyvəndlər hazırda insanlar üzərində üçüncü kliniki sınaqların son mərhələsini keçir. Şirkətlər qeyd ediblər ki, vaksinlər artıq 2020-ci ilin sonunda bəyənilə bilər.

“Sinovac”ın nümayəndəsinin sözlərinə görə, şirkət ildə 300 milyon vaksini istehsal etməyə hazırdır.

Qeyd edək ki, ilk vaksin avqustun 11-də Rusiyada qeydiyyatdan keçib. Peyvənd "Sputnik V" adını alıb.