Azərbaycan səhiyyəsi daha bir həkimini itirib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Rafiq Şahbazov ürək çatışmazlığından vəfat edib.
"Medicina" xəbər verir ki, tanınmış cərrah 72 yaşında dünyasını dəyişib.
O, 10 il Respublika Klinik Xəstəxanasında həkim neyrocərrah, 1985-ci ildən isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında müxtəlif vaxtlarda şöbə müdiri işləyib.
O, Neyrocərrahiyyə Xəstəxanasının aparıcı həkimlərindən idi.
Allah rəhmət eləsin!
Aygün M
Allah rəhmət eləsin.Yaxşı həkim idi.