Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir nəfərdə quş qripi aşkarlandı - ÜST-dən qorxudan AÇIQLAMA

  • 2024.06.12 13:28
  • 865 Baxış
Daha bir nəfərdə quş qripi aşkarlandı -  ÜST-dən qorxudan AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda quş qripi xəstəliyinin insana yoluxduğunu açıqlayıb.

Medicina.az ÜST-ə istinadən xəbər verir ki, Hindistanda son 5 ildə ilk dəfə insanlarda quş qripinə yoluxma halı aşkarlanıb.

Qərbi Benqal əyalətində bir uşaq quş qripi (H9N2) virusuna yoluxub. Bu, Hindistanın ÜST-ə bildirdiyi ikinci belə hadisədir. Birincisi 2019-cu ildə baş vermişdi.

Qərbi Benqaldakı oğlan fevral ayında şiddətli tənəffüs problemləri, yüksək hərarət və qarın krampları şikayətləri ilə yerli xəstəxananın uşaq reanimasiya şöbəsinə yerləşdirilib və üç ay sonra evə buraxılıb.

Dörd yaşlı uşağın ev quşları ilə təmasda olduğu bildirilib.

ÜST qeyd edib ki, quş qripi insanlara ilk növbədə yoluxmuş heyvanlarla birbaşa təmasda və ya çirklənmiş mühitlə dolayı təmasda yoluxur.

Quş qripi virusu adətən insanlarda yüngül yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olur, eyni zamanda ciddi xəstəliklərə və hətta ölümə də gətirib çıxara bilər.

Birləşmiş Millətlər Təşkilatı bu yaxınlarda bir meksikalının əvvəllər insanlarda heç vaxt rast gəlinməyən H5N2 adlı quş qripinə yoluxduqdan sonra öldüyünü təsdiqləmişdi.

ÜST diri ev quşları, canlı heyvan bazarları və ya fermalar kimi yüksək riskli mühitlərdən uzaq durmağı tövsiyə edib.


Aysel