Tərtərdə 30 yaşlı kişi dəm qazından boğulub.
Medicina.az xəbər verir ki, hadisə rayonun Nizami küçəsi, bina 40-da baş verib.
Həmin ünvanda kirayə yaşayan, İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Yunis Muradov mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri aparılır.