Bakıda daha bir müəllim COVID-19-un qurbanı olub.
Medicina.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi rayonu Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin informatika müəllimi Zahidə Həsənova bu gün koronavirusdan vəfat edib.
57 yaşlı müəllim bir müddət əvvəl koronavirusa yoluxmuşdu və müalicə alırdı.
Qeyd edək ki, Zahidə Həsənova Bakı Dövlət Universitetini bitirib.