Azərbaycan Milli Məclisinin daha bir deputatının koronavirusa yoluxduğu məlum olub.
Medicina.az xəbər verir ki, bu barədə AzPolitika.info məlumat yayıb.
Həmin deputatın adını dəqiqləşdirə bilmədik. Ancaq Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanmasının ciddi narahatçılığa səbəb olduğu bildirilir.
Buna görə də, sabah bütün deputatların koronavirus testindən keçirilməsinə qərar verilib.