Bakı şəhəri 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib.
Medicina.az xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxma faktı müəyyən olunub.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.