Mingəçevir Texniki Humanitar Liseydə əyani tədris dayandırılıb.
Medicina.az xəbər verir ki, koronavirusa yoluxmanın artması ilə əlaqədar 1630 nəfərlik şagird-müəllim kollektivindən ibarət lisey iki həftəlik distant təhsilə keçib.
Qeyd edək ki, liseyin direktoru Nailə Məmmədova, eləcə də şəhərdəki 13 nömrəli tam orta məktəbin direktoru Daşqın İbrahimov hazırda COVİD-dən müalicə alır.