2005-ci il təvəllüdlü şəxs aprelin 21-də saat 13:00-da Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub.
"Medicina" xəbər verir ki, 30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub:
Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi bir kiloqram 800 qr. olub".
Qeyd edilib ki, küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb:
"Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-də, axşam saat 9-da ölüm faktı qeydə alınıb".