Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir jurnalist koronavirusun qurbanı oldu

  • 2020.08.25 15:38
  • 3255 Baxış
Daha bir jurnalist koronavirusun qurbanı oldu

Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.


Medicina.az xəbər verir ki, jurnalist Qələndər Xaçınçaylı bir qədər əvvəl müalicə aldığı xəstəxanada vəfat edib. O, bir müddət idi ki, COVID-19-dan müalicə alırdı.

Qocaman jurnalist "Həftə içi" qəzetində çalışırdı. 5 şeir kitabının müəllifidir. AYB-nin üzvü idi.

Qeyd edək ki, üç il əvvəl Qələndər Xaçınçaylı ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Allah rəhmət etsin!