Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu.
Bu barədə Neftçilər Xəstəxanasının həkimi Elnur Abdullanın yaxınları, həmkarları sosial şəbəkələrdə məlumat paylaşıblar.
"4 aydır Neftçilər Xəstəxanasındadır. 4 ay öncə COVİD-19-un ən böyük və ən ağır yükünü oradakı reanimatoloqlar götürdü. Elnur da onlarla birgə gecə gündüz xidmət etdi. Siz inanmırıq, boş şeydir deyib onlara lağ edəndə, onlar virusla yalın əllə mübarizədə idi".
Məlumata görə, həkim bir neçə gün öncə şiddətli yorğunluq və öskürək, 39 dərəcə hərarətdən əziyyət çəkib. Onun COVİD-19 testi pozitiv çıxıb.