Uzun müddət Göygöl Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən İslam Bayramov uzun sürən xəstəlikdən sonra vəfat edib.
"Medicina" xəbər verir ki, İslam Bayramov Tibb İnstitutunu bitirdikdən sonra
1975-ci ildə Səhiyyə Nazirliyinin təyinatı ilə Xanlar (indiki Göygöl) rayonunun Sanitar-epidemiologiya Stansiyasında həkim kimi fəaliyyət göstərmiş,
1984-cü ildə Xanlar rayon Profilaktiki Dezinfeksiya bölməsinə müdir, 1990-cı ildə isə Xanlar Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin əhaliyə tibbi xidmət üzrə müavini təyin edilmişdi.
1997-ci ildən Göygöl Rayon Mərkəzi Xəstəxanasının Tibbi statistika kabinetinin müdiri vəzifəsində çalışan İ.Bayramov yaş həddi ilə əlaqədar 2023-cü ildə vəzifəsindən ayrılmışdı.
I Qarabağ müharibəsinin veteranı olan həkim uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!