Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu.
"BakuPost"un məlumatına görə, kardioloq Ruhiyyə Kərimova dünyasını dəyişib.
Bu barədə məlumatı Azərbaycan Kardiologiya Cəmiyyəti "Facebook" səhifəsində paylaşıb. Onun çalışdığı klinikadan "BakuPost"a verilən məlumata görə, həkim bu gecə dünyasını dəyişib.
R.Kərimova 1996-2002 Azerb Tibb Universitetində təhsil alıb.
Xatırladaq ki, koronavirusdan ölən həkimlərin sayı artıq 10-u ötüb. Ümumilikdə isə Azərbaycanda ölənlərin sayı 319 nəfərdir.