Azərbaycanda daha bir həkim dünyanı cənginə alan koronavirusun qurbanı oldu.
37 yaşlı stomatoloq Tərlan Hüseyinli bir neçə gün davam edən müalicəyə baxmayaraq həyatını itirib. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Şəbəkə istifadəçilərinin məlumatına görə, 2 uşaq atası yüksək hərarət, təngənəfəslik, boğulmadan əziyyət çəkib. Ev şəraitində müalicəsi nəticə verməyib.