Moskvanın Səhiyyə departamenti 3 saylı hospitalda koronavirusa yoluxmuş bir həkimin infeksiya ağırlaşmasından vəfat etdiyi faktını təsdiqləyib.
Medicina.az xəbər verir ki, 56 yaşlı Maksim Starinskiy hospitalda uzun illər uroloq işləyib. Aprelin əvvəli hospital koronavorus stasionarına çevrilib. Tibbi heyət bildirir ki, bu hospital koronavirusa heç hazır deyildi.Qəfil dəyişən şərait tibb işçilərini hazırlıqsız yaxalayıb və 15 gündə 64 işçidə virus aşkarlanıb.
Bu həkimin ölümü Rusiyada həkimlər arasında koronavirusdan ilk ölüm faktıdır. Amma bundan öncə Ulyanovs əyalətində rentgenoloqun koronavirusdan öldüyü barədə də məlumat var.