Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, daxili xəstəliklər uzmanı, həkim-terapevt Həbib Səhratov COVID-19-a yoluxub.
O, 2001-2005-ci illərdə Gülhane Hərbi Tibb Akademiyasında Daxili Xəstəliklər bölümündə uzmanlıq təhsili alıb.
2005-2017-ci illərdə Naxçıvan Qarnizonunda Terapiya şöbəsinin rəisi, aparıcı terapevt vəzifəsində çalışmışdır.
2017-ci ildən Avrasiya Hospitalda Daxili xəstəliklər uzmanı olaraq çalışır.