Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi, 1950-ci il təvəllüdlü Əlihüseyn İbrahimov COVID-19-dan dünyasını dəyişib.
O, müalicə olunduğu paytaxt xəstəxanalarından birində vəfat edib.
Qeyd edək ki, Ə.İbrahimov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq işləyirdi.