Tanınmış aktyora pankreatit diaqnozu qoydular, appendisit çıxdı - VİDEO
Tanınmış aktyora pankreatit diaqnozu qoydular, appendisit çıxdı - VİDEO
2019.07.09 10:50
33245 Baxış
Tanınmış aktyor və social media fenomeni Kənan Yusifin başına Azərbaycan səhiyyəsində dəhşətli iş gəlib.
Medicina.az xəbər verir ki, aktyor özünün feysbuk səhifəsində paylaşdığı videoda 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkimlər tərəfindən başına gətirilən işlə bağlı dəhşətli detalları açıqlayıb.
K.Yusif deyir ki, iki həftə əvvəl kəskin mədə ağrıları baş qaldırdığı üçün evə təcili tibbi yardım çağırıb. Həkimlər gəlib müayinə edib, infarktdan şübhələndiklərini, lakin infarkt olmadığını bildirib, ağrıkəsici vurub gediblər. Elə həmin gecə aktyorun ağrıları daha şiddətli vəziyyət alıb və özünü evlərinə ən yaxın tibb mərkəzi olan "Semaşko”ya çatdırıb. Dəhşətli ssenari isə elə burada başlayıb: "Semoşka”da ultrasəs müayinəsində çalışan xanım həkim baxdı və dedi, sənin mədəaltı vəzin şişib, səndə pankreatit var. Qara ciyərimin rənginin dəyişdiyini, hepatitə doğru şübhələr yarandığını bildirdi. Digər kişi həkim isə əli ilə yoxlamaqla dedi ki, "həə, mədən bura gedir, deməli, bu, pankreatitdir. Ağrıya görə mənə "Tramadol” iynəsi vurdular. Huşum özümdə deyil, həm ağrıdan, həm də qəfil aldığım belə ağır xəstəliklər xəbərlərindən psixoloji olaraq gərginəm. Hepatit və pankreatit şübhələri ilə mənim evə yola saldılar”.
Səhəri gün isə aktyor başqa bir həkimdən aldığı xəbərlər əsl şoku yaşayıb: "Səhəri gün Tibb Universitinin Tədris-Cərrahiyyə xəstəxanasına getdik. Vüqar adlı həkim var, Allah ondan razı olsun, əli ilə baxdı və dedi ki, bu appendisitdir və qan analizi verilməlidir. Qan analizi və ultrasəs müayinəsindən də dəqiq məlum oldu ki, məndəki ağrıların səbəbi appendisit imiş”.
Xəstəxanada aktyora məlum olur ki, appendisitlə getdiyi "Semaşko”da ona pankreatit diaqnozu qoyublar. Aktyor haqlı olaraq bu vəziyyətə üsyan edir və deyir: "Tutaq ki, biz Bakıda yaşayan adamlarıq, nisbətən tanınan adamlarıq, bəs rayondan gələn, heç kimi tanımayan, heç bir tanışı olmayan adamlar bu həkimlərlə nə edir?”
Kənan Yusifin başına gələnlərlə bağlı paylaşdığı videonu təqdim edirik: