"Monako"dan İtaliyanın "Sampdoriya" klubuna keçmək üzrə olan Balde Keyta koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, 25 yaşlı hücumçunun testi tibbi müayinə zamanı pozitiv olub.
Tərəflər oyunçunun sonradan 12 milyon avroya satın alınması şərti ilə icarəyə verilməsinə razılaşıblar. Keyta "Sampdoriya"nın heç bir futbolçusu ilə əlaqədə olmayıb və seneqallı oyunçu təcrid edilib.
Qeyd edək ki, 2017-ci ildən "Monako"nun formasını geyinən Balde Keyta daha əvvəl İtaliyada "Latsio" və "İnter"in şərəfini qoruyub.