Milli Məclisin deputatı Mahir Aslanov ürək əməliyyatı olunub.
Medicina.az xəbər verir ki, deputatın ürəyində problem yarandığından 3 gün bundan əvvəl Almaniyada xəstəxanaya yerləşdirilib.
Mahir Aslanov ürəyindən əməliyyat olunaraq ona 2 stent qoyulub.
Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.