Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir azərbaycanlı Türkiyədə koronavirusdan öldü

  • 2020.05.18 20:18
  • 3752 Baxış
Daha bir azərbaycanlı Türkiyədə koronavirusdan öldü

Türkiyədə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib.

Medicina.az modern.az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Sadəgül Xudiyeva ötən gün mövcud pandemiya səbəbi ilə dünyasını dəyişib.

Bir müddət reanimasiyada qalan 52 yaşlı qadının səhhəti ötən gün pisləşib və elə xəstəxanada vəfat edib. Mərhum İstanbulda, Sarıyer bölgəsində dəfn edilib. Qeyd edək ki, S.Xudiyeva ailəsi ilə birlikdə İstanbulda yaşayırdı.

Xatırladaq ki, bununla birlikdə Türkiyədə KOVİD-19 səbəbi ilə ölən azərbaycanlıların sayı 6-ya çatıb.