Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir aparıcıda xərçəng diaqnozu - Hər şey anidən oldu

  • 2018.09.03 19:30
  • 8235 Baxış
Daha bir aparıcıda xərçəng diaqnozu -  Hər şey anidən oldu
Telejurnalist Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb. 



Medicina.az xəbər verir ki, bununla bağlı azxeber.com-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub:

"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir".


Bu gün Nigarı Türkiyəyə gətirdiklərini deyən bacısı hazırda onu "Hacettepe" xəstəxanasına yerləşdiklərini deyib:


"Bütün ailə, qohumları, dostları yığışıb 30 min AZN düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona, yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür. Nə bizim, nə qohum və dostlarımızın bu məbləği düzəltməsi mümkündür".


Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. Uzun müddətdir mətbuatdadır. "Space" və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1" Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.