Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir ana doğuş zamanı öldü - Nazirlikdən açıqlama

  • 2019.03.28 10:12
  • 9147 Baxış
Daha bir ana doğuş zamanı öldü -  Nazirlikdən açıqlama
 

Səhiyyə Nazirliyi Neftçala rayonunda baş verən ana ölümünə aydınlıq gətirib. 


Nazirliyin mətbuat xidmətindən Medicina.az-a verilən məlumata görə, hadisə martın 23-də baş verib: "Qadının birinci doğuşu olub. Döl 5 kiloqram olduğuna görə keysəriyyə əməliyyatı etmək qərara alınıb. Uğurlu keçən əməliyyatdan sonra qadın palataya köçürülüb, 5 saatdan sonra qəfil dünyasını dəyişib. İlkin ehtimala görə, ana tromboemboliyadan dünyasını dəyişib. Hüquq-mühafizə orqanları artıq araşdırmalara başlayıb." - deyə nazirliyindən bildirib. 

 

* * * 


Neftçalada ana ölümü baş verib.


Medicina.az ONA-ya istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü, Neftçala şəhər sakini Abdullayeva Gülnaz Elxan qızı doğuş üçün rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

 

Doğuş zamanı ana dünyasını dəyişib, körpə isə sağ qalıb.