Nigeriyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma faktını rəsmi olaraq təsdiq edib.
Medicina.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, yoluxma ölkənin Laqos ştatında baş verib.
Qeyd edək ki, Əlcəzair və Misirdən sonra Nigeriya koronavirus aşkar edilən Afrikanın üçüncü ölkəsi oldu.