Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma halı qeydə alınıb.
Medicina.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 19 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 733 nəfərə çatıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 763, xəstəlikdən sağalanların sayı isə 137 815 nəfərə yüksəlib.