Bakıda kirayə qaldıqları mənzildə zəhərlənən 6 tələbə qızdan daha biri evə buraxılıb.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, daha öncə 4 nəfər evə buraxılmışdı.
Hazırda 1 tələbə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir.
***
Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.
Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.