Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.
Bu barədə
Medicina.az -a Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.
Rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.
Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.