Bu gün Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub.
Bu barədə Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 545 nəfər sağalıb.
COVİD-19 testi müsbət çıxan 7 nəfər ölüb.
Ötən müddət ərzində ümumilikdə 592 778 test aparılıb.
Ümumilikdə 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.